Dövlət başçısı qərar verdi: Bütün jurnalistlər yoxlanılacaq

Dövlət başçısı qərar verdi: Bütün jurnalistlər yoxlanılacaq
Çində jurnalistlər testdən keçirilməsinə başlanacaq.

Qaynarinfo "Guardian”a istinadən xəbər verir ki, yoxlanışda məqsəd jurnalistlərin ÇXR-in rəhbəri Si Szinpinin fikirlərini və sosializm təlimini nə qədər anlayıb-anlamadığını üzə çıxarmaqdır.  

Məlumata görə, son bir ay ərzində Çin dövlət mediasının redaksiyalarına imtahanlar haqda bildirişlər göndərilib. Amma jurnalistlər əmindir ki, yaxın vaxtlarda özəl, eləcə də müxalif nəşrlərin nümayəndələri də oxşar prosedurdan keçməli olacaqlar.

Jurnalistlər 2019-cu ildə hazırlanan "Study Xi” tətbiqindən istifadə edilərək sınaqdan keçiriləcəklər. Proqramın rəsmi məqsədi mətbuatın səlahiyyətlərini yeniləməkdir. Bildirişlər hətta Pekin xaricində yerləşən redaksiyalara da göndərilib.

"Kiminsə bu sınaqlardan yan keçə biləcəyini düşünmürəm”, - Çin reportyorlarından biri nəşrə müsahibəsində deyib. 

Qeyd edək ki, media nümayəndələri üçün imtahan beş hissədən ibarət olacaq. Onlardan ikisi Szinpinin təlimləri ilə bağlıdır.

loading...

Xəbər lenti