Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi

Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi
Yemək videoları ilə məşhurlaşan və dünyanın ən yaşlı "Youtuber”i olan hindistanlı qadın vəfat edib.
Yerli və qeyri-adi yemək bişirən Mastanamma adlı qadının 107 yaşı var idi. Onun "Country Foods” adlı YouTube kanalında 1 milyondan çox izləyicisi var.

2016-cı ildə Mastanammanın nəvəsi öz dostu ilə ucqar kənd evində yemək bişirən nənəsinin videolarını çəkib.

Qarpızlı toyuq yeməyi internetdə virala çevrilən Mastanamma videolarında tərəvəzləri əli ilə soyur və Hindistana məxsus bir bıçaqla doğrayır. Bundan başqa yeməklər də yerdəki süfrədə banan qabıqları üzərində servis edilir.

Andhra Pradeşdə doğulan Mastanammanın ölüm xəbəri YouTube kanalında bildirilib. (Olke.az)


Xəbər lenti