Deputatlardan qiymət artımana etiraz - "Yanacağın qiymətinin artmasına təsir edəcək"

Deputatlardan qiymət artımana etiraz -
Ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə gediş haqqlar bahalaşıb.

Panorama.az Baku.ws-ə istinadən xəbər verir ki, yeni qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.

Bu qərar verildikdən sonra sosial şəbəkələrdə müzakirələr başladı. Məsələ ilə əlaqədar millət vəkilləri də öz etirazlarını bildiriblər. Millət vəkili Aqil Abbas BAKU.WS-ə açıqlamasında qərarın səhv bir addım olduğunu bildirib. Onun sözlərinə görə, bu artım əhalinin aztəminatlı ailələri üçün böyük itkidir.

"Bu yerində atılan addım deyil. Təbii sosial vəziyyəti ağır olan xalq buna etiraz edəcək. Gediş haqqının 50 faiz artımına heç bir əsas yox idi. Buna Tariş Şurası cavab verməlidir", - deyə millət vəkili bildirib.

Millət vəkili Fazil Mustafa da BAKU.WS-ə açıqlamasında nəqliyyatda qiymət artımının yersiz olduğunu bildirib.

"Çalışırlar ki, problemləri vətəndaşların maddi hesabına həll etsinlər. Tam məsuliyyətimlə deyirəm ki, səmərəsiz layihələrə pul ayrılmasaydı, nəqliyyat sahəsinə lazımı qədər pul ayrılardı. Mingəçevirdə baş verən hadisə göstərdi ki, istənilən vaxt Bakı işıqsız qala bilər. Yalandan alternativ enerji mənbələri adı altında ayrılan pulları lazım olmayan yerlərə xərcləyəndə, durub vətəndaşın hesabına ölkənin problemlərinə həll etməyə çalışırlar. Çox səhv yoldur. Hökumət tam fərqli yol tapmalıydı", - deyə deputata bildirib.

F.Mustafa deyir ki, baş verən proseslər yanacağın da bahalaşacağına zəmin yaradır:

"Aztəminatlı ailələr nəqliyyat və metrodan istifadə edir. Onların vəziyyəti qat-qat ağırlaşacaq. Yanacağın artmasına da təsir göstərəcək".
Загрузка...

Xəbər lenti