Deputatdan sərt sözlər: Bir kişi tapılmadı ki, o cinayətkara yumruq vursun?!

Deputatdan sərt sözlər: Bir kişi tapılmadı ki, o cinayətkara yumruq vursun?!
Milli Məclisin iclasında deputat Aytən Mustafayeva Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. 

Oxu.Az-ın xəbərinə görə, deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır. 

"Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, o kişiyə bir iki yumruq vursun, cinayətdən çəkindirsin!”, - deyə A.Mustafayeva əlavə edib. 

Xatırladaq ki, Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

loading...

Xəbər lenti