Dana boyda xoruz: 1 metr boy, 7,7 kq çəki (Video)

Dana boyda xoruz: 1 metr boy, 7,7 kq çəki (Video)
Merakli, gerçəkdən də, nəhəng xoruzdur. Onun boyu təqribən 1 metr, çəkisi isə 7,7 kiloqramdır.

Milli.Az The Sun-a istinadən bildirir ki, Kosovodakı fermalardan birində saxlanan bu xoruz unikaldır.

Meraklinin anası brahma cinsindən olan çox böyük toyuqdur.

Fermanın sahibi Fitim Seyficayın dediyinə görə, iki toyuq boyda olan Merakli artıq sosial şəbəkələrdə də məşhurdur.

Brahma cinsi Birləşmiş Ştatlarda yetişdirilib.

Bu cinsdən olan xoruzların orta çəkisi 5,5 kq-a çatır.
 
 

loading...

Xəbər lenti