Daha bir tanınmış aşıq vəfat etdi

Daha bir tanınmış aşıq vəfat etdi
Tovuzun tanınmış el şairlərindən və aşıqlarından biri İdris Alakollu dünyasını dəyişdi.

Panorama.az xəbər verir ki, bu barədə məlumatı aşığın yaxın qohumu Nəsir Əhmədli məlumat yayıb.

 İdris Alakollu 1934-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 60 ilə yaxın aşıq sənətinin müxtəlif janrlarında - qoşma, gəraylı, təcnis, müxəmməs, divani, saya təcnis, beşliklər, cığalı təcnis, gedər gəlməz, nəfəs çəkməz, dodaqdəyməz, ustadnamə, satirik şeir, qıfılbənd və s. yazıb.

 Allah rəhmət eləsin.

Panorama.az

Xəbər lenti