Bundan sonra “WhatsApp”da... - İSTİFADƏÇİLƏRİN NƏZƏRİNƏ!

Bundan sonra “WhatsApp”da... - İSTİFADƏÇİLƏRİN NƏZƏRİNƏ!
Biznes istifadəçilər "WhatsApp” messencerində müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün ödəniş etməli olacaqlar.

Panorama.az ICTnews-a istinadən xəbər verir ki, "WhatsApp” şirkəti müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanların təqdim edildiyini açıqlayıb:

"Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi "end-to-end” şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür”.

"Röyters” agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.

Xəbər lenti