Bu yolda nəqliyyatın hərəkətində fasilələr yaranacaq

Bu yolda nəqliyyatın hərəkətində fasilələr yaranacaq
Paytaxtın Nəsimi rayonun bir hissəsində nəqliyyatın hərəkətində fasilələr yaranacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

İşlərin səhər saatlarına qədər yekunlaşacağı bildirilib.

Agentlik sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.


Xəbər lenti