Bu yol son 30 ildə ilk dəfə təmir olunur

Bu yol son 30 ildə ilk dəfə təmir olunur
Qubanın Çağacıq, Küçeyi, Talabıqışlaq, Xaroşa, Talabı,  Töhmər və Qam-qam kəndlərini birləşdirən avtomobil yolunun çəkilişinə başlanılıb. 
"Yeni Sabah” xəbər verir ki, yolun çəkilişi Talabıqışlaq bələdiyyəsinin 5 saylı Quba Yol İstismarı İdarəsi ilə bağladığı müqaviləyə əsasən çəkilir.

Hava  şəraitindən asılı olaraq, bu ilin sonunadək işlərin müəyyən hissəsi görüləcək. Bunlara, yolun torpaq yatağının tikilməsi, küveitlərin açılması, yamacların vurulması və sair işlər daxildir.  2020-ci ildən işlərin davamı olaraq, yola  çınqıl döşənməsi işləri görüləcək. 

Qeyd edək ki, bu yoldan 5000 nəfərdən artıq əhali istifadə edə biləcək.  Bu yoldan Zərqova İnzibati ərazi dairəsində olan bir sıra kəndlərin sakinləri də istifadə edəcək.

Yerli əhalinin bildirdiyinə görə, Sovetlər dönəmində Talabı, Töhmər  kəndlərdə yolsuzluqdan həmişə əziyyət çəkiblər.


loading...

Xəbər lenti