Bu mikroavtobusda gediş haqqı hələ də 20 qəpikdir - Bakıda - VİDEO

Bu mikroavtobusda gediş haqqı hələ də 20 qəpikdir - Bakıda - VİDEO
Avqust ayının birindən etibarən Tarif (qiymət) Şurasının qərarı ilə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidmətinin qiyməti qaldırıldı.

Yeni qərara görə Bakı metrosunda və avtobuslarda gediş haqqı 30 qəpik müəyyən edildi.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hələ də paytaxtda gediş haqqı 20 qəpik olan mikroavtobus xidmət göstərir.

Bu mikroavtobus "Əhmədli” metrostansiyasının qarşısından Xəzər Univermağına qədər işləyir. Sürücülər gediş haqqının artmamasını onların xərclərinin stabil qalması ilə izah edirlər. Bildirirlər ki, yanacağın qiyməti bahalaşmayana qədər bu mikroavtobuslarda gediş haqqı 20 qəpik olacaq.
 

Загрузка...

Xəbər lenti