Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək - ŞOK SƏBƏB

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək - ŞOK SƏBƏB
Bu il İsveç Akademiyasının təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı verilməyəcək.

Publika.az xəbər verir ki, buna səbəb akademiyanın işçisi Katarina Frostensonun həyat yoldaşı Cean-Klaud Arnault haqqında çıxan iddialardır.

Belə ki, C.K.Arnault akademiyanın işçiləri və onların ailə üzvlərinə, ümumilikdə, 18 nəfərə cinsi təcavüz etməkdə və mükafatın laureatlarını əvvəlcədən açıqlamaqda ittiham edilir. İddiaya görə, Arnault 6 laureatın adını mükafatlandırma mərasimindən öncə öz yaxınlarına deyib və bununla, akademiyanın prinsiplərini pozub.

Qalmaqaldan sonra 6 akademiya üzvü istefa verib. Onlardan biri Peter Enqland akademiyanın daxilində vəziyyətin gərgin olduğunu bildirib və bir il ərzində mükafat verəcək halda olmadığını deyib.

Xəbər lenti