"Bizə avtomobil verilməsi bizim üçün şərəfdir" - Axund mollalara verilən avtomobillərdən danışdı

"Bizə verilən bu avtomobil də "Cümə” məscidinin balansında olacaq. Sadəcə olaraq, avtomobili mən özüm idarə edəcəm. Məscidin cari işlərini həyata keçirmək üçün bu avtomobildən istifadə edəcəm. Çünki, mən QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq tez-tez uzaq yerlərə gedəsi oluram və nəqliyyat vasitəsinə ehtiyyacım olur. Bundan sonra öz maşınımla gedəcəm”.

Bunu A24.az-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun avtomobil verdiyi Biləsuvar şəhər "Cümə” məscidinin dini icmasının axundu Əlifağa Murtuzov deyib.

Axund bildirib ki, avtomobilin açarları artıq icmaya təqdim olunub: "Artıq maşın bizdədir və bu gün sənədləşdirdim. Hətta dövlət nömrə nişanı da aldım”.

Ə.Murtuzov qeyd edib ki, bu günə qədər onun adına şəxsi avtomobili olmayıb: "Bu günə qədər mənim öz adıma heç bir avtomobil olmayıb. Lazım olanda övladlarımın avtomobillərini idarə edirdim. Dövlətimizin bizə verdiyi avtomobil də heç mənim öz adıma deyil. Texniki pasportunda qeyd olunub ki, bu avtomobil dini icmaya məxsusdur”.

Axund fəaliyyətinin dəyərləndirildiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda dindarlara xüsusi qayğı göstərilir. Axund qeyd edib ki, dini icmalara avtomobil verilməsi onlar üçün şərəfdir: "Bu, dövlətimizin bizə hədiyyəsidir. Biz də, Allahın köməkliyi ilə sürürük də. Dövlətimizə və dövlətimizin başçısına xüsusi minnətdarlığımı bildirirəm. Bu gün ölkədə dindarlara göstərilən qayğı, bizim fəaliyyətimizin dəyərləndirilməsi və bizə avtomobil verilməsi bizim üçün şərəfdir. Bununla da cənab Prezident İlham Əliyev dindarları hər zaman yad etdiyini göstərdi. O cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlıya da təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya "NAZ Lifan 330” markalı avtomobillər verilib.

http://a24.az/files/uploads/2018/10/43629049_168358344071351_3129747917045235712_n-248x300.jpg 248w" sizes="(max-width: 540px) 100vw, 540px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto; display: block;" />



Загрузка...

Xəbər lenti