“Biz ana dilində təhsildən imtina edirik” - Deputat rus sektoruna gedənlərdən danışdı

“Biz ana dilində təhsildən imtina edirik” - Deputat rus sektoruna gedənlərdən danışdı
Deputat Gövhər Baxşəliyeva parlamentdə Azərbaycanda son illər rus sektoruna qoyulan uşaqların artması tendensiyasından narahatlığını ifadə edib. "Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, sözügedən tendensiya artmaqda davam edir:

"Bu, kökündən səhvdir. Məncə, bunun qarşısı alınmalıdır. Bunu mənim rus dilinin əleyhinə çıxmağım kimi qəbul edilməsin.  

Amma mən birinci sinifdən başlayaraq uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm. Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparılır. Amma biz burda ana dilində təhsildən imtina edirik. Belə olduğu halda, onlar müəyyən mentalitetin daşıyıcısı kimi formalaşırlar. Sovetlər dövründə vəziyyəti başa düşə bilərdik. Çünki müstəqil deyildik. Ancaq biz bu gün müstəqilik. Ölkəmizdə karyera və təhsil üçün bütün şərait yaradılıb. Ona görə də hesab edirəm ki, rus dili xarici dil kimi tədris olunsun. Amma orta məktəbdən, yəni, birinci sinifdən başlayaraq sona qədər uşaqların bu dildə təhsil alması doğru deyil”.
Загрузка...

Xəbər lenti