Belçikada iki uşaq evtanaziyaya məruz qaldı

Belçikada iki uşaq evtanaziyaya məruz qaldı
Doqquz və on bir yaşlı oğlan uşaqları evtanaziyaya məruz qalan ən gənc pasiyentlər oldular.

Oxu.Az xəbər verir ki, bu barədə "The Irish Mirror” məlumat yayıb.

Uşaqların kimliyi açıqlanmır, lakin kiçiyinin beyin şişindən, digərinin isə mukovisidozdan əziyyət çəkdikləri məlumdur.

Onlara ölümcül inyeksiya Belçikada edilib: bu ölkədə evtanaziyanın tətbiqində yaş məhdudiyyəti yoxdur. 

Əməliyyatdan öncə uşaqların atdıqları addımı nə dərəcədə anladıqlarını müəyyən etmək üçün onlar psixiatr tərəfindən müayinə olunublar.

Nəşrin məlumatına əsasən, uşaqlar evtanaziyaya 2016-2017-ci illərdə məruz qalıblar. Lakin bu barədə yalnız Belçikada evtanaziyanı tənzimləyən xüsusi komissiyanın hesabatından sonra bəlli olub.

Belçikada evtanaziyaya 2002-ci ildən icazə verirlib.


Xəbər lenti