Banklarda dollar satışına limit xəbərinə RƏSMİ AÇIQLAMA

Banklarda dollar satışına limit xəbərinə RƏSMİ AÇIQLAMA
Banklara hər hansı dollar satışı ilə bağlı məhdudiyyət barədə göstəriş verilməyib , – bu barədə Anews.az Maliyyə bazarına nəzarət palatasının mətbuat xidməti açıqlama yayıb.
 
"Banklara hər hansı dollar satışı ilə bağlı məhdudiyyət barədə göstəriş verilməyib , ölkədə lazımi qədər dollar var və hamı istədiyi qədər dollar ala bilər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu gün yerli mediada Azərbaycan Respublikası Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyevə istinadən banklar tərəfindən dollar satışına məhdudiyətin qoyulması barədə xəbər yayılıb.

Məsələ ilə bir neçə bankın filiallarına baş çəkdik , həm də mətbuat xidmətləri ilə əlaqə saxladıq və bəlli oldu ki, banklar tərəfindən hər hansı limit sanksiyaları tətbiq olunmayıb.

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də Anews.az-a açıqlamasında bildirdi ki, o jurnalistlərin hipotetik sualına hipotetik cavab verib. "Mənə sual verildi ki, bəzi banklar tərəfindən dollar satışına limit qoyulub və buna münasibət nədir. Mən də belə bir limitin tətbiq ediləcəyi hal üçün cavab verdim. Bu hipotetik suala hipotetik cavab idi. Banklara dollar satışına limitin tətbiqi faktı ilə bağlı məndə hər hansı məlumat yoxdur”, – deyə Nuriyev bildirib.
Загрузка...

Xəbər lenti