Bakıya hər ay yeni avtobuslar gətiriləcək - RƏSMİ AÇIQLAMA

Bakıya hər ay yeni avtobuslar gətiriləcək - RƏSMİ AÇIQLAMA
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.

V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.


Xəbər lenti