Bakıda hündürmərtəbəli binada güclü yanğın: İnsanlar təxliyə olunur

Bakıda hündürmərtəbəli binada güclü yanğın: İnsanlar təxliyə olunur
asamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və binanın dam örtüyünün taxta atmaları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
loading...

Xəbər lenti