Bakıda DƏHŞƏT: Oğul atasını doğradı

Bakıda DƏHŞƏT: Oğul atasını doğradı
2017-ci ilin yanvar ayında Bakı şəhərində yaşadığı evdə atasını öldürən 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

News24.az-ın məlumatına görə, Binəqədi rayonu Müşfiq qəsəbəsində sərxoş atasını çoxsaylı bıçaq zərbələri ilə öldürən Laçına prokuror 12 il həbs cəzası istəsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Qərardan narazı qalan gənc oğlan cəzasının daha da yüngülləşdirilməsini tələb edib. İşə Bakı Apelyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşfiq qəsəbəsində baş verib. Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəsi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Загрузка...

Xəbər lenti