Bakıda avtobus piyadanı vurub öldürdü

Bakıda avtobus piyadanı vurub öldürdü
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb. 

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, oktyabrın 31-də Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi "Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Загрузка...

Xəbər lenti