Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat – TAVI

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat – TAVI

72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib. Bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar Əmrah, invaziv kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən uğurla həyata keçirilib. Əməliyyat ən müasir avadanlıqlarla təmin olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.

TAVI əməliyyatının digər əməliyyatlarla müqayisədə ağırlaşma faizi olduqca aşağıdır. Əməliyyat orta hesabla bir saat davam edir və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

Qeyd etmək lazımdır ki, qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq üçüncü dəfədir ki, həkim heyətimiz tərəfindən uğurla həyata keçirilir.

Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsilə xəstəyə implantasiya edilməsidir.

 




Xəbər lenti