Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”

Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın növbəti mitinqinə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracaq.

Virtualaz.org bildirir ki, bunu "Report”a müsahibəsində BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

"Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”,-deyə M.Seyidov vurğulayıb.

BŞBPİ rəisi onu da bildirib ki, Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcək.

Загрузка...

Xəbər lenti