Bakı metrosunda HƏYƏCANLI ANLAR: Qatar tuneldə qaldı

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Qatar tuneldə qaldı
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a bildirib ki, ləngimə, təxminən, 20 dəqiqə davam edib: 

"Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.
Загрузка...

Xəbər lenti