Badamdarda sürüşmə ərazisinə elektrik enerjisinin verilişi dayandırıldı

Badamdarda sürüşmə ərazisinə elektrik enerjisinin verilişi dayandırıldı
Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır:

"Əməkdaşzlarımız hadisə yerindədirlər. Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də araşdırma ərazilərdə də elektrik enerjisinin verilişi dayandırılacaq".

Xatırladaq ki. bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. (Trend)

*   *   *13:48

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə baxış keçirilir: "Sürüşmə Bayıl yamacı deyilən ərazisində baş verib. Hazırda dövlət nümayəndələri də əraziyə gəlib, baxış keçirilir”.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev isə bildirib ki, sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir: "Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra müvafiq qərar veriləcək.


Xəbər lenti