Bacısının ərinin qanını tökdü - Xırdalanda qanlı olay

Bacısının ərinin qanını tökdü - Xırdalanda qanlı olay
Xırdalan şəhərində yeznəsini bıçaqlamaqda təqsirli bilinən Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Panorama teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin iyulunu 21-də, saat 13.00-da Yavər Məlikməmmədov yeznəsi, 1991-ci il təvəllüdlü Ramin Muradxanov ilə sonununcunun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində mübahisə ediblər.

Aralarında yaranmış ailə münaqişəsi zəminində Yavər Məlikməmmədov bacısının ərini bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Yavər Məlikməmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Yavər Məlikməmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

loading...

Xəbər lenti