Azərbaycanlı qrossmeyster klassik şahmatdan getdi - FOTO

Azərbaycanlı qrossmeyster klassik şahmatdan getdi - FOTO
Azərbaycan qrossmeysterlərindən Rauf Məmmədov klassik şahmatla vidalaşdığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, o, "Facebook” səhifəsində bu qərarını belə açıqlayıb:

"Uzun düşüncələrdən və öz klassik partiyalarımı təhlildən sonra başa düşdüm ki, "klassika”da bulvar oyunçusu səviyyəsində çıxış edirəm. Ona görə də indi diqqətimi şahmatın rapid və blits növünə yönəldəcəyəm”.

Qeyd edək ki, Rauf Məmmədov Yunanıstanda keçirilən klublararası Avropa çempionatının sonuncu turunda üçüncü lövhədə ağ fiqurlarla çexiyalı David Navaraya uduzub. O, həmin yarışın üçüncü lövhəsində çıxış edən şahmatçılar arasında VIII, onun təmsil etdiyi "Odlar Yurdu” isə IX yeri tutub. 

Загрузка...

Xəbər lenti