Azərbaycanlı qardaşlar Kolumbiyanı heyrətləndirdi - Altı qızın...

Azərbaycanlı qardaşlar Kolumbiyanı heyrətləndirdi  - Altı qızın...
Azərbaycanlı pəhləvan qardaşlar Kolumbiyada keçirilən beynəlxalq festivalda çıxış ediblər.

Oxu.Az xəbər verir ki, Azərbaycanlı doqquzqat dünya rekordçuları Laçın və Hüseyn Abdulhüseynovlar (Pəhləvanoğlu) kolumbiyalı tamaşaçıları öz qeyri-adi nömrələri ilə təəcübləndirməyi bacarıblar.

Onlardan biri altı qızın üstündə olduğu tribunanı ağzı ilə çəkib. Azərbaycanlı pəhləvanların güc nümayişini tamaşaçılar alqışlarla qarşılayıb.

Sentyabrın 19-da Kolumbiyanın paytaxtı Boqotada təşkil olunmuş Beynəlxalq Yumor Festivalına xüsusi qonaq qismində qatılmış qardaşların çıxışı bu ölkənin məşhur "Karakol” televiziyası vasitəsilə göstəriləcək.


Qeyd edək ki, qardaşlar bundan əvvəl ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstan televiziyalarında yayımlanan layihələrdə uğurla çıxış ediblər.

Xəbər lenti