Azərbaycanlı məşhurun oğlunun dənizdə batması ilə bağlı yeni FAKTLAR - "Mayda 32 yaşı tamam olmuşdu"

Azərbaycanlı məşhurun oğlunun dənizdə batması ilə bağlı yeni FAKTLAR -
Musavat partiyasının üzvü üzvü Laləzar Məmmədlinin oğlu İlham Məmmədlinin axtarışları davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə partiya başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli "Facebook" səhifəsində məlumat yayıb:

"Həftəyə çox pis xəbərlə başladıq. Müsavatçı Laləzar xanımın oğlu İlham Rəsulzadə dünən dənizdə boğulub və hələ də cəsədi tapmayıblar.

Dünən ailəlikcə Bilgəyə bağa gediblərmiş. Bağdan qohumu ilə birgə dənizə gediblər. Hadisənin şahidləri bildirir ki, İlham boğulan qohumunu xilas etmək üçün dərinə gedib. Qohumunu xilas edib, amma özü suda batıb. İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli oldugu üçun axtarış işləri çətinləşib.

Mayda İlhamın 32 yaşı tamam olmuşdu. Allah Laləzar xanıma səbr versin".

Qeyd edək ki, M.Hacıbəyli bundan əvvəlki açıqlamasında Laləzar Məmmədlinin iki oğlunun dənizə getdiyini və birinin xilas olduğunu, İlhamın isə batdığını bildirmişdi. Bir müddətdən sonra statusunu redaktə edərək, İlham Məmmədlinin qardaşı ilə deyil, qohumu ilə dənizə getdiyini yazıb.

***
"Müsavat”çı Mustafa Hacıbəylinin sosial şəbəkədə yaydığı məlumata görə, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olublar: 

"Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar”.

Mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var. 

***

Müsavatçı xanımın oğlu itkin düşüb.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verirki, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. 

Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır.

Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. 

Hazırda onun axtarışları davam etdirilir.

İlham Məmmədli evlidir, 2 uşağı var. 

loading...

Xəbər lenti