Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada

Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada
Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Unikal.org xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.

Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.

İş adamının cənazəsi ekspertizadan sonra Azərbaycana gətiriləcək. 

Загрузка...

Xəbər lenti