Azərbaycanın "Eurovision" təmsilçisi Nyu-Yorkda kuryer işləyir

Azərbaycanın
Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.
 
"Qafqazinfo” xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb. 

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır.  28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir. 

Xatırladaq ki, müğənni "Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.  

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.
Загрузка...

Xəbər lenti