Azərbaycanda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub

Azərbaycanda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub
Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

Panorama.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.
Загрузка...

Xəbər lenti