Azərbaycanda daha bir uşağı oğurlamaq istədilər - Son anda qardaşı onu belə xilas etdi - FOTO

Azərbaycanda daha bir uşağı oğurlamaq istədilər - Son anda qardaşı onu belə xilas etdi - FOTO

Artıq bir neçə gündür ki, Bakıda məktəbli uşaqların oğurlanması ilə bağlı silsilə xəbərlər yayılıb. Növbəti uşaq oğurluğuna cəhd isə Mingəçevir şəhərində baş verib.

Bu barədə A24.Az -a hadisə şahidləri məlumat verib. İddia edilir ki, azyaşlını adam oğrularının əlindən qardaşı xilas edib.

"Salam, hörmətli valideynlər. 08.10.2018 tarixində, uşaqlar dərsdən evə gedərkən Müəllimlər İnstitutunun qarşısında bir nəfər orta yaşlı kişi qəflətən uşağın əlindən tutub, məcbur dartıb aparmaq istəyib. Həmin vaxt qarşdaşı çantasından qələmi çıxararaq onun əlinə sancıb və uşağı onun əlindən alaraq qaçmışlar. Hətta yoldan keçən bir nəfər müdaxilə edərkən "mən bu uşağın atasıyam, onu tənbeh edirəm” ,-deyərək yoldan keçənlərin fikrini yayındırıb. Artıq bu barədə polisə xəbər verilib. Araşdırma aparılır. Bir valideyn olaraq xahiş edirəm, diqqətli olasınız”.

Did 

Xəbər lenti