Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək - FOTOLAR

Azərbaycan Universitetindən “Köçkünlərlə bərabərik” aksiyasına dəstək - FOTOLAR
Azərbaycan Universiteti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Köçkünlərlə bərabərik” adlı aksiyaya qoşularaq həmrəylik nümayiş etdirib.

Universitetin bir qrup əməkdaşının Azərbaycan və ingilis dillərində "Köçkünlərlə bərabərik” yazılmış çərçivələrlə çəkdirdiyi şəkillər #withIDPs, #köçkünlərləbərabərik həştəqləri ilə sosial mediada paylaşılıb.

Aksiyada professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, şöbə rəhbərləri, inzibati heyət iştirak edib.

Qeyd edək ki, ictimaiyyətin qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək məqəsdilə keçirilən aksiyaya 20 İyun Ümumdünya Qaçqınlar günündə start verilib.  




loading...

Xəbər lenti