Azərbaycan hərbçilərinin rəqibi Zimbabve oldu

Azərbaycan hərbçilərinin rəqibi Zimbabve oldu
Rusiyanın Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2018" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Panorama.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları iyulun 28-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.

Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.

Xəbər lenti