Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək
Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.

Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

Beləliklə, 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 olimpiya növündə keçiriləcək:

Kişilər - Qadınlar

10 m pnevmatik tapança - kişilər

10 m pnevmatik tapança - qadınlar

10 m pnevmatik tüfəng - kişilər

10 m pnevmatik tüfəng - qadınlar

25 m sürətli atəş tapança - kişilər

25 tapanca - qadınlar

50 m tüfəng 3 mövqe - kişilər

50 m tüfəng 3 mövqe - qadınlar

Qarışıq komanda növləri (1 kişi + 1 qadın)

10 m pnevmatik tapança

10 m pnevmatik tüfəng

Dünya Kuboku 19-27 iyun 2020-ci il tarixlərdə keçiriləcək və Tokio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku olacaq. Qeyd edək ki, 2016-ci ildə Rio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku Bakı şəhərində keçirilib.

Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaq. (trend)

Загрузка...

Xəbər lenti