Azad Rəhimov Rövşən Rzayevin kürəkəninə "YOX" deyir

Azad Rəhimov Rövşən Rzayevin kürəkəninə
Tanınmış idmançı Rauf İbrahimovun rəhbərlik etdiyi Kempo Federasiyasının fəaliyyət göstərməsinə icazə verilmir.

A24.az-ın əldə etdiyi xəbərə görə, kempo döyüş növü üzrə məşğul olan, tanınmış idmançı, əməkdar məşqçi Rauf İbrahimovun yaratdığı Kempo Federasiyasının fəaliyyətə başlamasına icazə verilmir. Bunun üçün Gənclər və İdman Nazirliyi tərəfindən Federasiyanın fəaliyyət göstərməsinə müsbət rəy verilməyib.

Məlumata görə, R.İbrahimov Federasiyanın fəaliyyətə başlamasına görə dəfələrlə Gənclər və idman naziri Azad Rəhimova müraciət ünvanlasa da, nazir onun federasiya açmasının əleyhinə olub.

Buna baxmayaraq, İbrahimovun idman mərkəzinin Beynəlxalq Kempo Federasiyasının tərəfindən tanındığı iddia olunur.

Nazirlikdən Kempo Federasiyasının yalnız klub kimi fəaliyyət göstərməsinə icazə verilib. Belə ki, R.İbrahimovun federasiyası hazırda "Toğrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu adı ilə fəaliyyət göstərir.

"Biz əminik ki, Gənclər və İdman Nazirliyi Azərbaycan Kempo Federasiyasının yaranmasına köməklik göstərəcək” –  deyə, klubun şüarında bildirilir.

Qeyd edək ki, R.İbrahimov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Rövşən Rzayevin kürəkəni – bacısının həyat yoldaşıdır.

Загрузка...

Xəbər lenti