Ayfonlarda bir dövrün sonu - YENİLİK

Ayfonlarda bir dövrün sonu - YENİLİK
Əpl (Apple) şirkəti gələcəkdə istehsal ediləcək yeni nəsil ayfonlar üçün radikal qərar qəbul edib. Yeni model smartfonlarda enerji toplaması üçün kabel girişi olmayacaq.

Publika.az xəbər verir ki, radikal qərar sosial şəbəkələrdə geniş müzakirə edilib. Məlumata görə, "Lightning" deyilən doldurma sistemi ilə çalışan smartfonlar çox yaxında tarix olacaq.

Yeni nəsil ayfon (iphone) X modelində sözügedən radikal dəyişiklik tətbiq ediləcək. Əgər bu dəyişiklik uğurlu nəticələnərsə, yeni smartfonlar fiziki portlardan tamamilə təmizlənmiş olacaq.

Şirkət bu layihəni 2017-ci ildə gerçəkləşdirməyə çalışdığını, yalnız kabelsiz enrji doldurma sistemlərinin tətbiqi ilə bağlı şirkətlə razılığa gəlinə bilmədiyini irəli sürüb.

Bununla yanaşı "Lightning" sisteminin enerji doldurma ilə yanaşı məlumat transferində də uğursuz nəticələr göstərməsi irəli sürülərək yeniliklərin qaçınılmaz olması bildirilib. "Macbook" modellərində bu sistemin tətbiqi uğursuz olub. Bu səbəbdən də şirkət daha sürətli və güclü "USB Type-C" portuna keçid etmək məcburiyyətində olduğunu deyib.

Mütəxəssislər şirkətin mobil qurğularında "Lightning" sistemindən "USB Type-C" portuna və ya başqa alternativ vasitəyə keçidinin uğurlu addım olacağını düşnür.

Xəbər lenti