Avropanın ən güclü ordularından birinin tankı yoxdur

Avropanın ən güclü ordularından birinin tankı yoxdur
Avropanın ən güclü 25 ordusunun reytinqi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, reytinq Business Insider nəşri tərəfindən tərtib edilib.

Siyahıda ilk yeri Rusiya ordusu tutub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Fransa və Böyük Britaniya orduları qərarlaşıb. 

Reytinqə həmçinin Türkiyə, Almaniya, İtaliya, İspaniya, Polşa və Yunanıstan orduları daxil edilib. 

Siyahıda sonuncu yer Belçika ordusuna verilib. Bildirilir ki, hər il 5 milyard dollar xərcləndiyi 40 min nəfərlik Belçika ordusunda 164 təyyarə olsa da, tank yoxdur.
Загрузка...

Xəbər lenti