Avropa Şurası Rusiyaya xəbərdarlıq etdi

Avropa Şurası Rusiyaya xəbərdarlıq etdi
Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.

Oxu.Az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib. 

O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır. 

Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.


Xəbər lenti