Avropa İttifaqı ölkələrinə vizanın qiyməti artırıldı

Avropa İttifaqı ölkələrinə vizanın qiyməti artırıldı
Avropa İtifaqına üzv dövlətlər viza müraciətləri üçün qiyməti qaldırıb.

Panorama.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu istiqamətdə Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasındakı danışıqlar müsbət nəticələnib.

Edilən dəyişikliyə əsasən, qiymət 60 avrodan 80 avroya yüksəlib. Viza müraciətləri səfərdən 6 ay öncəsinə qədər edilə biləcək.

Qeyd edək ki, tələbələr, araşdırmaçılar və 12 yaşdan kiçik uşaqlar üçün isə ödəniş alınmayacaq.

loading...

Xəbər lenti