Autizmlilərin İdman Klubunda dəyirmi masa keçirilib - FOTOLAR

Autizmlilərin İdman Klubunda dəyirmi masa keçirilib - FOTOLAR
Yanvarın 12-də Autizmlilərin İdman Klubunda "Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə sosial-hüquqi dəstəyin göstərilməsi” mövzusunda dəyirmi masa keçirilib.
 
Bu barədə Panorama.az-a Autizmlilərin İdman Klubunun (AİK) mətbuat xidmətindən məlumat verilib.
 
Tədbiri Autizmlilərin İdman Klubu İB-nin sədri Elnur Məmmədli açaraq tədbirin mahiyyəti haqqında məlumat verərək sözü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini, "Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, professor Mayis Əliyevə verib. Mayis Əliyev tədbir iştirakçılarına sosial hüquqlarla yanaşı, ƏƏSMN-nin son dövrlərdəki fəaliyyəti, "DOST” mərkəzləri, həyata keçirilən sosial layihələr haqqında geniş məlumatlar verib və bütün sualları cavablandırıb. Tədbirdə autizm sindromlu şəxslərin sosial müdafiəsinə dair qanunvericliyinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb və hazırkı dövr üçün təkliflər irəli sürülüb.
 













loading...

Xəbər lenti