Aşura günü qanında virus tapılanlarla bağlı QƏRAR VERİLDİ

Aşura günü qanında virus tapılanlarla bağlı QƏRAR VERİLDİ
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günündə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə 5 809 nəfər könüllü qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub.

4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B, 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun zərərsizləşdirilib.

Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, virus aşkar olunmayan qanlar artıq istifadəyə verilib:

"Tədarük olunan qanlar yoxlanıldıqdan və nəticələr bilinəndən dərhal sonra istifadəyə verilib.
Qanında virus aşkarlanan 169 nəfərə isə artıq məlumat verilib. Qeyd edim ki, bu məlumat ancaq şəxsin özünə verilə bilər. Növbəti mərhələdə həmin şəxslərin qanında aşkarlanan viruslarla bağlı təkrar müayinələr aparılacaq”.

loading...

Xəbər lenti