Ağstafada mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb - Adlar açıqlandı

Ağstafada mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb -  Adlar açıqlandı
Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Ağstafa şəhərində, körpü yaxınlığında qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəza nəticəsində xəsarət alanların şəxsiyyətləri açıqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal (1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

loading...

Xəbər lenti