"Arsenal" "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim ETDİ

"Qarabağ"ın rəqibi İngiltərə "Arsenal"ı Avropa Liqasının oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Unikal.org qurumun saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb.
Qapıçılar: 1. Petr Çex, 19. Bern Leno, 26. Emiliano Martines, 44. Deyan İliev
Müdafiəçilər: 2. Hektor Bellerin, 5. Sokratis Papastatopulos, 6. Loren Koselni, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 18. Naço Monreal, 20. Şkodran Mustafi, 25. Karl Cenkinson, 27. Konstantinos Mavropanos, 31. Sead Kolaşinaç
Yarımmüdafiəçilər: 4. Məhəmməd Elneni, 7. Henrix Mxitaryan, 8. Aron Remzi, 10. Mesut Özil, 11. Lukas Torreyra, 17. Aleks İvobi, 29. Metteo Qenduzi, 34. Qranit Caka
Hücumçular: 9. Aleksandr Lyakazett, 14. Emerik Obameyanq, 23. Dənni Uəlbek
Qeyd edək ki, "Qarabağ" "Arsenal"la ilk oyununu oktyabrın 4-də Bakıda keçirəcək. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

Xəbər lenti