“Arsenal” “Qarabağ”la oynayacaq oyunçularını açıqladı: siyahıda Mxitaryan da var

“Arsenal” “Qarabağ”la oynayacaq oyunçularını açıqladı: siyahıda Mxitaryan da var
Ağdamın "Qarabağ” klubunun Avropa Liqasındakı rəqibi olan İngiltərənin "Arsenal” klubu turnirdəki oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Panorama.Az "Report”a istinadən xəbər verir ki, təqdim olunan siyahıda 25 futbolçu yer alıb.

Qapıçılar: Petr Çex, Bern Leno, Emiliano Martines, Deyan İliyev

Müdafiəçilər: Sokratis Papastatopulos, Loren Koselni, Ştefan Lixtştayner, Hektor Bellerin, Rob Holdinq, Naço Monreal, Şkodran Mustafi, Karl Cenkinson, Konstantinos Mavropanos, Sead Kolaşinaç

Yarımmüdafiəçilər: Məhəmməd Elneni, Henrix Mxitaryan, Aron Remzi, Məsut Özil, Lukas Torreyra, Metteo Qenduzi, Qranit Caka, Aleks İvobi

Hücumçular: Aleksandr Lyakazett, Emerik Obameyanq, Denni Uelbek

Qeyd edək ki, "Qarabağ”ın "Arsenal” ilə ilk oyunu oktyabrın 4-də Bakıda olacaq. Səfər qarşılaşması isə dekabrın 13-də baş tutacaq.

Xəbər lenti