Arif Qazıyev məhkəməyə çağırılıb

Arif Qazıyev məhkəməyə çağırılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin nümayəndəsi İlhamə Həsənova vəsatət qaldıraraq deyib ki, Ə.Əbdüləzizlə İxtiyar Həsənov arasındakı telefon danışıqlarının çıxarılması ilə bağlı mobil operatora sorğu verilsin. 

Məhkəmə verilən vəsatəti təmin edib. 

Sonra təqsirləndirilən şəxsin vəkili tanınmış rejissor Arif Qazıyevin əlavə şahid qismində məhkəmədə ifadə verməsini istəyib. 

Məhkəmə bu vəsatəti də təmin edib və A.Qazıyevin məhkəməyə çağırılmasına qərar verilib. 


Xəbər lenti