Arda Turan türk müğənninin burnunu sındırdı

Arda Turan türk müğənninin burnunu sındırdı
Türkiyənin "Başakşəhər” klubunun futbolçusu Arda Turan yenidən qalmaqalla gündəmə gəlib. 

Oxu.Az xəbər verir ki, əvvəllər idman jurnalistini təyyarədə vurmuş Arda bu dəfə məkanlardan birində müğənni Bərkay Şahinlə dalaşıb. 

Bilinməyən davanın nəticəsində müğənninin burnu sınıb. Davadan sonra Bərkay xanımı ilə birlikdə xəstəxanaya yollanıb.


Xəbər lenti