Son günlər adı müğənni Berkayla qalmaqalda hallanan futbolçu Arda Turan bu gün Beşiktaş Rayon Polis İdarəsində ifadə verib.

"Qafqazinfo”nun "Hurriyet”ə istinadən verdiyi məlumata görə, İstanbul baş prokurorunun təlimatına əsasən idarəyə çağırılan futbolçu 3 saat dindirildikdən sonra sərbəst buraxılıb. Ondan sənədsiz silah da götürülüb.

A. Turan məkandan ayrılarkən jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.