Aqil Abbas: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz - MÜSAHİBƏ

06 Fevral 2019, 14:08
06 Fevral
2019
14:08
83
Oxu.Az-ın müxbirinin suallarını yazıçı, millət vəkili Aqil Abbas cavablandırır:
- Üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iki gün öncə keçirilən iclasında "Məni Şuşaya Azərbaycan dövlət aparacaq” fikrini səsləndirmisiniz və bunu bir deputat həmkarınız öz "Facebook” səhifəsində paylaşıb.
Bu paylaşımdan sonra sizin fikirlərinizi alqışlayanlar, eyni zamanda, bir qədər istehza, ironiya, rişxəndlə yanaşanlar, gülüşlə qarşılayanlar da olub. Bəzi insanlardakı bu istehza, bu inamsızlıq nədəndir, sizcə?
- Əvvəla, bunun nədən və kimdən qaynaqlandığını bilmirəm. İkinci, söhbət məndən getmir, bizdən gedir, yəni bizi Azərbaycan dövləti Şuşaya aparacaq. Yaxşı, mən onda sual verirəm: bizi hansı ölkə aparacaq Şuşaya?
Qoy o sualıma cavab versinlər. Müharibəni də Azərbaycan dövləti aparacaq, Qarabağı da Azərbaycan dövləti işğaldan azad edəcək. Qonşu azad etməyəcək ki?!
- Niyə insanların bir qismi Qarabağın azad ediləcəyinə bir qədər şübhə ilə yanaşır, insanlarda, belə demək mümkünsə, ümidsizlik yaratmağa çalışır?
- Bilirsiniz, belələri varsa, görünür, sadəcə, kimisə söyməyə adam axtarırlar. Əslində, inamsız adam görməmişəm. Gördüyüm insanlar, deputat seçildiyim dairənin, bölgənin insanları içərisində beləsinə rast gəlməmişəm. Qarşıma çıxmayıb. Kiminsə qarşısına çıxıbsa, onun öz günahıdır. Hər kəs də öz ürəyi istədiyi yerləri görür.
Mən inanıram və qəti əminəm ki, Şuşanı da, digər yurd yerlərimizi də dövlətimiz azad edəcək. Yaşım 65-i keçib, lakin lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm. Burada qəribə nə var?! Düzünü deyim ki, "lazım gəlsə” sözünü heç xoşlamıram, amma savaş başlasa, mən 1990-cı ildən atəşkəsə qədər səngərdə olmuşam, yenə də səngərdə olacağam.
Bu, heç, amma kim inanmırsa, bu, onun öz işidir. İnsanlar var ki, Allaha, peyğəmbərlərə, imam Hüseynə inanmırlar. İnanmırlarsa, deməli, onların öz işdir, onları məcbur edəsi deyiləm ki?! Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz.
- Münaqişənin sonunu necə görürsünüz, hərb, yoxsa sülh yolu ilə işğal faktı aradan qaldırılacaq?
- Sülhlə nəyinsə həll olunacağına inanmıram və əsl sülh o zaman olacaq ki, müharibəni udacağıq. Erməni silahlı qüvvələri üzərində qələbə çalacağıq və bunu etməyə də tam gücümüz, qüdrətimiz var.
Azərbaycan dövlətinin, ölkə başçısının iradəsi ortadadır. Eyni zamanda, mən erməni xalqını, erməni icmasını demirəm, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaqlarsa, dinc, yanaşı yaşamağı seçəcəklərsə, o zaman burada yaşaya bilərlər.
Azərbaycanda yaşayan digər xalqlar kimi, onların da burada yaşamağa haqları var. Onların da seçmək-seçilmək kimi haqları mövcuddur. Mən demirəm ki, erməniləri oradan qovub çıxaraq. Deyirəm ki, Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, bu ölkədə nələr varsa, onlardan da istifadə etmək hüquqlarına malikdirlər.
Vətəndaşlığı qəbul edəcəklərsə, buyursunlar, otursunlar, yaşasınlar, əvvəllər necə yaşamışdılarsa, indi elə yaşasınlar.
30 ildir ki, ATƏT-in Minsk qrupu yaranıb, 1994-ci ildən bu yana atəşkəsdir. Ancaq ortada heç nə yoxdur. Sülh-sülh deməklə, yəni halva-halva deməklə heç nə olmur. O savaş olacaq və 2016-cı ilin aprelində göstərdiyimiz igidliyi onda da göstərəcəyik.
Загрузка...
Xəbər lenti
-
16:57Zakir Həsənov BƏƏ-də müasir döyüş texnikasına baxdı - FOTO
-
16:55Şamaxıda yollar buz bağladı
-
16:36Azərbaycanlı döyüşçü Ukraynada əsir götürüldü - VİDEO
-
16:34Azərbaycanda biznesmen dəhşətli hadisənin qurbanı oldu - ÖZ MAĞAZASINDA ÖLDÜ - FOTO
-
16:33Ələt-Astara yolunda dəhşətli qəza - Video
-
15:50Azərbaycanın supermüasir raketi Ermənistanda təşvişə səbəb oldu - "Onlar həmin raketlərlə M-346 təyyarələrini təchiz edəcəklər..."
-
15:26Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
-
15:23Məşhur aktyor öldü - FOTO
-
15:21Bu şəxs 5 milyard dollar verib "Mançester Yunayted"i alacaq - FOTO
-
15:20Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
-
15:17Çeçenlər və azərbaycanlılar arasında insidentin yeni təfərrüatları
-
15:15Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
-
15:15"Lotu Quli"nin 3 adamı tutuldu (FOTO/VİDEO)
-
15:13“Sən ordan çıx, mən burdan...” - Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA
-
15:12“Çeçen xalqı bunu heç vaxt unutmayacaq...” — Nazirdən açıqlama + VİDEO
-
15:11Ramil Usubovdan yeni TƏYİNAT
-
15:05Bürclər: 17 fevral
-
11:53Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
-
11:49Bu banklar və şirkətlər işçi axtarır - VAKANSİYA
-
11:48Azərbaycanda BÖYÜK DƏYİŞİKLİK: 2023-cü ilə qədər...
-
11:47İran ordusu 3 müsəlman ölkəsinə qarşı intiqam andı içdi
-
11:39"Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…" – Erməni politoloqdan ŞOK İDDİA
-
11:37Azərbaycanda çay daşıb, həyətlər və qəbiristanlıq su altında qalıb
-
11:12110 min azarkeş qarşısında “Traktorsazi” Tehranın “İstiqlal”Ina “son qoydu” – MÖHTƏŞƏM AN – VİDEO
-
11:11Güclü külək, sulu qar olacaq: temperatur 6-8 dərəcə enəcək - Xəbərdarlıq
-
11:06Qaradağlı qətliamı - 27 il
-
11:04İntihar edən ər və arvadın qohumları danışdı
-
23:16Bu maddə yaddaşınızı və qaraciyərinizi normada saxlayacaq!
-
22:54Sürücü avtobusu sərnişinin qucağında idarə etdi - SUMQAYITDA / VİDEO
-
22:43Məişətdə istifadə edilən 5 təhlükəli əşya - Xərçəng əmələ gətirir
-
22:40Sibir loğmanının möcüzəvi resepti – Dərmanlara inanmayanlar üçün
-
22:39“Həyat iksiri”nin hazırlanması – Qədim resept
-
22:37Bu səhvləri çoxumuz edirik - Bu ərzaqları mütləq yuyun
-
22:37Nəyə görə yatmazdan əvvəl 1 qaşıq bal yemək lazımdır? – 5 inanılmaz faydası
-
22:30Xərçəngi ilkin mərhələdə tapılması – İsrail həkimləri 6 əlaməti göstərir
-
22:29Xəbərdarlıq: Fevralın bu tarixində Bakıya qar yağa bilər - AÇIQLAMA
-
22:04Bakıda insanları "zəhərləyən şəxs" tutuldu
-
21:18Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
20:21Polad Bülbüloğlu: Məsələ Prezidentin nəzarətindədir - VİDEO
-
20:14Gələn həftə hava kəskin soyuyacaq
16 Fevral 2019
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
-
SİYASƏT
Bu şəxsləri 2500 manata qədər cərimə gözləyir (SİYAHI)
-
SİYASƏT
Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası ala bilər
-
SİYASƏT
Eldar Əzizov "Tarqovı"dakı məşhur restoranı bağlatdırdı - FOTO
-
SİYASƏT
"Sənə də qalmaz" - ABŞ Senatında Azərbaycanın məşhur mahnısı səsləndi - VİDEO
-
SİYASƏT
İlham Əliyevdən YENİ TƏYİNAT
-
SİYASƏT
Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
-
SİYASƏT
Aqil Abbas: Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz - MÜSAHİBƏ
-
SİYASƏT, Manşet
Prezident zəlzələ ilə bağlı TAPŞIRIQ VERDİ