“Apple”ın yaradıcısı Stiv Cobsla bağlı şok İDDİA - FOTO

“Apple”ın yaradıcısı Stiv Cobsla bağlı şok İDDİA - FOTO
Apple texnologiya şirkətinin yaradıcısı Stiv Cobsla bağlı şok iddia ortaya atılıb.

BakuPost xarici mediaya istinadən xəbər verir ki, 2011-ci ildə 56 yaşında vəfat edən Cobsun əslində ölmədiyi və Misirdə yaşadığı iddia edilib. Buna səbəb isə Stiv Cobsa çox bənzəyən bir şəxsin Misirin paytaxtı Qahirədə çəkilmiş şəklinin yayılmasıdır. Şəklə rəy bildirən sosial media istifadəçiləri şəkildəki adamın Cobsa çox bənzədiyini və onun kimi ayaqyalın oturduğunu yazıb. Başqa bir istifadəçi isə Cobsun Misiri çox sevdiyini, mənəviyyatı çox yüksək biri olduğunu elə buna görə də, özünü cəmiyyətdən təcrid etmək üçün bu yolu seçdiyini yazıb.
Qeyd edək ki, şəkildəki şəxsin Cobs, yoxsa bənzəri olmağı sirli qalsa da, məsələ xarici medianın gündəminə çevrilə bilib.

loading...

Xəbər lenti