Alimlər Günəş sisteminin necə məhv olacağını bildirdilər

Alimlər Günəş sisteminin necə məhv olacağını bildirdilər
Bir qrup astronom İlan bürcündə qeyri-adi "HuBi1” buludlarını kəşf ediblər.

Panorama.az Ölkə.Az-a istinadən xəbər verir ki, bulud ulduzlardan birinin partlaması nəticəsində yaranıb. Astronomların "Nature Astronomy” jurnalında dərc etdikləri məqaləyə əsasən, Günəş də belə məhv olacaq.

"Bu bulud nadir obyektlər nəticəsində yaranıb. Bu, yenidən doğulan ulduzlardır. Belə ulduzlar ağ "cırtdanlar”ın evolyusiyasında sonuncu halqadır və digər planetar buludların mərkəzində yerləşir. Belə bir ssenari ilə də Günəş məhv olacaq”, – deyə məqalədə bildirilir.

Gecə səmanı müşahidə edəndə isti qazdan yaranan böyük buludları, yəni planetar buludları müşahidə etmək mümkündür. Bu bulud topası bizdən bir neçə işıq ili uzaqda yerləşir. Uzaq keçmişdə alimlər elə düşünürdülər ki, bu bulud uzaq ulduz sistemləridir və burada yeni planetlər yaranır. Amma XIX əsrdə alimlər bunun belə olmadığını kəşf etdilər.
Məlum olub ki, bu buludlar əslində orta ölçülü, Günəşə bənzəyən, bütün hidrogen ehtiyatını bitirən və qırmızı nəhəngə çevrilən orta ölçülü ulduzların qalıqlarıdır. Bu qaz daim ölən ulduzun və böyük "cırtdan”ın ultra-bənövşəyi şüaları nəticəsində isinir.

Bu şüalanma nəticəsində qaz buludu və toz işıldayır və parlaq bulud əmələ gəlir.

"HuBi1” qaz buludunu müşahidə edən alimlər müəyyən ediblər ki, son 50 ildə ulduzun parlaqlığı azalıb. Bu illər ərzində 10 min dəfə parlaqlıq itirib. Onun tempraturu isə qonşu ulduzlar üçün çox aşağı düşüb.

Paylaş:

Загрузка...

Xəbər lenti